Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "TGT Nədir?" adlı infosessiya keçirildi
SDU-da "TGT Nədir?" adlı infosessiya keçirildi
Noyabrın 1-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində I kurs tələbələri üçün məlumatlandırma tədbiri keçirildi.
Əvvəlcə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov tədbir iştirakçılarını rektor Rüfət Əzizovun adından salamladı.
Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışdı. Bildirdi ki, ölkəmizdə təhsilin inkişafı, gənclərin təhsilə marağının artırılması və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqətində olub. Bu gün ölkədə çoxsaylı gənclər təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatların qarşıya qoyduğu hədəflər sırasında gənc nəslin ictimai həyatda iştirakının dəstəklənməsi mühüm yer tutur. Həmin təşkilatlar sayəsində gənclərin potensialları üzə çıxarılır və onların daha fəal sosial həyat sürmələri təmin olunur. Bu baxımdan Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin ictimai həyatda fəallığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atır.
ATGTİ-nin üzv təşkilatlarla iş üzrə meneceri Rüfət Rüstəmov ATGTİ-nin proqramlar çərçivəsində fəaliyyəti və həyata keçirilən digər işlər,  düşərgələr, forumlar, seminarlar və s. kimi maraqlı layihələrindən danışdı. Bildirdi ki, tədbirin əsas məqsədi tələbə həyatına yeni başlayan gənclərin şəxsi inkişafında ATGTİ və TGT-lərin rolunun izah olunması və gənclərin TGT-lərin fəaliyyətinə cəlb olunmasıdır. Eyni zamanda ittifaqın əsas missiyasının gənclərin təhsildən kənar həyatının təşkili, eləcə də dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin icra olunmasında Tələbə gənclərin rolunun stimullaşdırmaq olduğunu da iştirakçıların diqqətinə çatdırdı.
Sonra SDU-nun Tələbə Gənclər Təşkilatının sədri  Rəvan Paşayev ittifaq və təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlarla çıxış etdi. O, universitetin TGT komandasının tərkibində fəaliyyət göstərən klublar, onların məqsəd və vəzifələri barədə söz açdı. Bildirdi ki, TGT tələbə-gənclərin universitetin və ölkənin ictimai həyatına daha fəal qoşulması, əmək fəaliyyətinə hazırlanması, təhsilalanlarla ideoloji işin gücləndirilməsi, onlarda elmə böyük həvəs oyadılması məqsədilə tədbirlər həyata keçirir.
ATGTİ-nin klublarla iş üzrə meneceri Aqil Quliyev təşkilat klublarının fəaliyyəti barədə ətraflı məlumat verdi.
Sonda  tələbələrin sualları cavablandırıldı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az