Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbəsi Milli Məclisdə ictimai dinləmədə iştirak etdi
SDU-nun tələbəsi Milli Məclisdə ictimai dinləmədə iştirak etdi
Oktyabrın 31-də Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, AMEA-nın, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclis yanında Toponimiya Komissiyasının, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquqşünas alim və tədqiqatçılar, həmçinin bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.
İctimai dinləmədə Sumqayıt Dövlət Universitetində "Qərbi Azərbaycan irsinin tanıdılmasında Ulu Öndər Heydər Əliyevin rolu" mövzulu konfransda müzakirələr zamanı Qərbi Azərbaycan toponimləri ilə bağlı suallarını ünvanlayan universitetin Fizika və elektroenergetika fakültəsinin IV kurs tələbəsi Musa Xəlilov da dəvət əsasında iştirak edib.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az