Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da "Davamçı ol" adlı layihənin təqdimatı keçirildi
SDU-da "Davamçı ol" adlı layihənin təqdimatı keçirildi
Azərbaycan Gənclər Fondunun dəstəyi və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən“Davamçı ol” layihəsi çərçivəsində növbəti görüş oktyabrın 26-da Sumqayıt Dövlət Universitetinin tələbələri ilə keçirildi.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan görüşdə iştirakçılar ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov qonaqları və tədbir iştirakçılarını SDU-nun rektoru Rüfət Əzizovun adından salamladı. Universitet tələbələrinin ölkəmizin gənclər siyasətində fəal iştirakı ilə Vətənimizin çiçəklənməsi işinə töhfə verəcəyinə inandığını bildirən Elmar Xəlilov tələbələri ölkəmizin gənclər siyasətinə qoşulmağa dəvət edərək qazandıqları bilik və savadları ilə hər yerdə, o cümlədən sosial platformalarda ali təhsil müəssisəsini ləyaqətlə təmsil etməyə səslədi.
“İlhamla davam!” slaqonunun “Davam” gənclər təşkilatının ideoloji bazasına çevrildiyini bildirən “Davam” Gənclər Hərəkatının Ali Təhsil Müəssisələri üzrə katibi Zakir Quliyev hərəkatın öz ətrafında 30-a yaxın media və qrupu birləşdirdiyini qeyd etdi. Çıxışına nümayəndəsi olduğu təşkilatın prinsipləri, metodları, gənclərə qazandıracağı bilik və bacarıqlar barədə məlumatla davam edən katib ətrafına daha çox gənc toplamaqla ölkənin ictimai-siyasi proseslərində fəal rol oynamaq, gənclər və idman siyasətinə, eləcə də ölkəmizdə aparılan islahatlar prosesinə töhfə vermək iddiasında olduqlarını qeyd edərək SDU tələbələrini əməkdaşlığa səslədi.
Görüş zamanı tədbir iştirakçılarının sualları cavablandırıldı, təklif və fikirlər dinlənildi.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az