Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən forumda iştirak edib
SDU-nun əməkdaşı Azərbaycanla K-İnnovasiya Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən forumda iştirak edib
25 oktyabr 2023-cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə həyata keçirdiyi “Yüksək Texnologiyalar Parkının  istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi” layihəsi çəçivəsində forum keçirilib.
Forumu giriş sözü ilə açan STEPI-nin baş elmi işçisi, layihə koordinatoru Eun Joo Kim təmsil etdiyi institutun tərəfdaşlığı ilə son 7 ildə 12 ölkə ilə elm, texnologiya və innovasiya siyasəti ilə bağlı məsləhətləşmələr, o cümlədən bacarıqların artırılmasına dair 16 layihənin icra edildiyini bildirdi. Layihə koordinatoru həmçinin Cənubi Qafqaz regionunda, MDB dövlətləri içərisində Azərbaycanın Koreya Respublikasının bu imkanlarından faydalanan, ən çox layihə həyata keçirən ölkə statusuna sahib yeganə ölkə olduğunu qeyd edib. Bundan sonra layihə çərçivəsində müzakirə və təkliflər dinlənilib.
Forumda Sumqayıt Dövlət Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev müzakirələrdə elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə fikirlərini bildirib. Cənubi Koreyanın STEPI və ARETN-nin YTP-nın həyata keçirdiyi layihə üzrə təlimlərin  regionlarda keçirilməsini təklif edən əməkdaşımız Sumqayıt şəhərinin sənaye potensialı barədə ətraflı məlumat verib. O, ATM və sahibkar fəaliyyətinin nəticəsi kimi elmi tədqiqatların istehsalatda tətbiqinin və elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində işlərin həyata keçirilməsinin uğurlu sonluq ola biləcəyini qeyd edib.
Layihə koordinatorları təklifi müsbət qəbul edərək mövzu üzrə əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az