Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı maarifləndirici tədbir keçirildi
SDU-da dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı maarifləndirici tədbir keçirildi
Oktyabrın 26-da Sumqayıt Dövlət Universitetində dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı ali təhsil müəssisələrində maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə seminar keçirildi.
Universitetin 4-cü kurs tələbələrinin və magistrantların iştirakı ilə keçən tədbiri giriş sözü ilə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən,  tələbələrə dövlət qulluğunun önəmindən bəhs etdi. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini Elşad Əliyev çıxış edərək Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi ilə bağlı həyata keçirilən layihələr və perspektivdə görüləcək işlər barədə seminar iştirakçılarına məlumat verdi. Dövlət qulluğunun üstünlükləri, dəyişikliklər, həyata keçirilən cari vəziyyət və perspektiv planlar barədə məlumat verdi. Dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə düşən mühüm vəzifələrdən danışdı. Diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universitetinin 107 məzunu nazirliyin strukturunda çalışır və bu göstərici  ümumi olaraq universitetin respublika ali təhsil müəssisələri arasında 8-ci yerdə qərarlaşmasına təsir edib.
Tədbirin yekununda tələbələrin çoxsaylı sualları cavablandırıldı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az