Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı çərçivəsində infosessiya keçirildi
SDU-da Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı çərçivəsində infosessiya keçirildi
Oktyabrın 25-də Sumqayıt Dövlət Universitetində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunan Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramının təqdimatı keçirildi.
Tədbirdə universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçılara rektor Rüfət Əzizovun salamlarını çatdırdı, ölkəmizdə Azərbaycan gəncliyinin inkişafı üçün yaradılan geniş imkanlardan danışdı. Bildirdi ki, gənclərin inkişafına dəstək verilməsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Aparılan bu siyasət yeni nəslin sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edir. Bu gün gənclərin bilik və bacarıqlarının aşkara çıxarılması, təşviq edilməsi məqsədilə müxtəlif proqramlar həyata keçirilir. Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramının da gənclərin həyatında yeni istiqamət açacağına ümidvar olduğunu bildirən prorektor SDU tələbələrini proqrama qoşulmağa dəvət etdi. Diqqətə çatdırdı ki, SDU tələbələri bir çox layihə və proqramlarda iştirak edərək fəallıq nümayiş etdirirlər.
RİİB-in nümayəndəsi Təbriz Rzayevtəmsil etdiyi qurumun fəaliyyəti və məqsədi, eyni zamanda hazırda Akademik Azad Mirzəcanzadə adına inkişaf proqramı çərçivəsində gerçəkləşdirilən məlumatlandırıcı sessiyalar barədə məlumat verdi.
Sonra Layihə icraçı komandasının təmsilçisi Leyla Seyidzadə tələbə və gənc müəllimlər üçün nəzərdə tutulan proqramla bağlı geniş təqdimatla çıxış etdi. Qeyd etdi ki, məqsəd paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsidir.
Proqrama təqdim edilən layihələrin hansı prinsiplər əsasında seçiləcəyini diqqətə çatdıran Leyla Seyidzadə müraciətlərə baxılma qaydaları və mərhələləri, qalib layihələrin müəyyənləşdirilməsi, fürsət və imkanlar barədə zəruri informasiyalara toxundu. Bildirdi ki, proqrama qoşulmaq istəyən 18-35 yaş arası hər bir Azərbaycan vətəndaşı link vasitəsilə qeydiyyatdan keçə bilər.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə yekunlaşdı.
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az