Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Strateji İnkişaf Mərkəzi və Təhsildə Keyfiyyət Təminatı şöbəsi fakültələrlə görüş keçirdi
SDU-nun Strateji İnkişaf Mərkəzi və Təhsildə Keyfiyyət Təminatı şöbəsi fakültələrlə görüş keçirdi
10-20 sentyabr tarixlərində Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva və Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova fakültələr üzrə təşkil olunmuş görüşlərdə iştirak etmişlər. Keçirilən görüşlərin məqsədi strukturların fəaliyyəti barədə universitet əməkdaşlarını məlumatlandırmaq və onların bu istiqamətdə vacib rolu haqqında maarifləndirmə işinin aparılması olmuşdur. 
Nərmin Həsənova əməkdaşlara keyfiyyət təminatı haqqında ətraflı məlumat verdi. Keyfiyyət Təminatı Siyasəti sənədi, Keyfiyyət Təminatı Bələdçisi (Qaydalar Toplusu) barədə geniş müzakirələr aparıldı. Nərmin Həsənova çıxışının sonunda Təhsildə Keyfiyyət Təminatı şöbəsi tərəfindən müxtəlif mövzularda hazırlanan sorğularda əməkdaşların fəal iştirak etməsinin vacibliyini vurğuladı.  
Daha sonra dosent Günel Paşayeva universitetin missiyası, vizyonu, əsas dəyərləri, Strateji İnkişaf Planında qarşıya qoyulan hədəflər və ondan irəli gələn strateji fəaliyyətlər haqqında əməkdaşları məlumatlandırdı.  Günel Paşayeva çıxışında qeyd etdi ki, SİP – də qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün hər il Fəaliyyət Planı hazırlanır ki, burada bütün istiqamətlər üzrə  icra etməli işlər əks olunur və  hər bir əməkdaş öz iş planında  bunları nəzərə alır.
 
Mətbuat xidməti
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az