Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin SUB.VC şirkəti ilə növbəti görüşü keçirildi
SDU-nun İnnovasiya Yaradıcılıq Mərkəzinin SUB.VC şirkəti ilə növbəti görüşü keçirildi
Sentyabrın 14-də Sumqayıt Dövlət Universitetinin İnnovasiya Yaradıcılıq Mərkəzinin SUB.VC şirkəti ilə növbəti görüşü keçirildi. Görüş İnnoland inkubasiya və akselerasiya mərkəzində oldu. Görüşdə mərkəz daxilində yer alan startap komandasının meliordism.az adlı layihəsi haqqında texniki analiz və dəstək mövzularına toxunuldu. Bununla yanaşı olaraq komandanın ikinci layihəsi olan fastycar.az layihəsinin də ilkin addımlarının atılması barəsində də müzakirələr aparıldı.
Qeyd edək ki, meliordism.az musiqi yönümlü bacarığı olan şəxslərin asudə vaxtlarının daha səmərəli keçirilməsinə və bununla yanaşı iş imkanı əldə etməsinə dəstək olan bir layihədir. fastycar.az layihəsi isə maşın icarəsinə yenilikçi bir mövqedən yanaşan bir layihədir. Hər iki layihə SUB.VC şirkətinin keçirdiyi İNNOSTART inkubasiya proqramında yer almaqdadır. Görüşdə İnnovasiya Yaradıcılıq Mərkəzinin rəhbər koordinatoru Səid Əliyev, komandanın developerləri Ülviyyə Dadaşova və Nihad Babazadə, SUB.VC şirkətinin IT üzrə mentoru Nail Seyidov və şirkət rəhbərliyindən olan Cəmil Hüseynzadə iştirak etmişdir.
 
Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az