Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi”MMC-nin keçirdiyi təlim kursunda sertifikata layiq görüldülər
Əməkdaşlarımız “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi”MMC-nin keçirdiyi təlim kursunda sertifikata layiq görüldülər
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Əqli Mülkiyyət  Milli Təlim Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “İxtira, faydalı model və sənaye nümunələrinə dair hüquqlar” mövzusunda təlim kursu keçirilmişdir.
Təlimin keçirilməsində məqsəd müəlliflik  hüquqları, ixtira, faydalı model, sənaye nümunəsi  və  əqli mülkiyyətin ümumi qaydaları haqqında əsas biliklərə nail olmaqdır.
Təlim kursu əqli mülkiyyət obyektlərinin qeydiyyata alınması, onlardan istifadə hüquqları haqqında və əqli mülkiyyət sahəsində beynəlxalq konvensiya, müqavilə və sazişlərin Azərbaycan Respublikası ərazisində qüvvədə olması barədə ətraflı məlumatları təmin edirdi.
Təlim kursunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin əməkdaşları iştirak edirdilər.SDU-dan: İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Gülbəs Rüstəmova və Elmi hissənin baş metodisti Şəfaqət Məmmədova da iştirak etmişdilər.
“Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC-nin direktoru Zahir Hacıyev təlim kursunu yüksək balla başa vuran universitet əməkdaşlarımıza sertifikat təqdim etdi. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az