Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı STEAM İnnovasiya Mərkəzində təlimdə iştirak edib
SDU-nun əməkdaşı STEAM İnnovasiya Mərkəzində təlimdə iştirak edib
İyunun 14-də STEAM İnnovasiya Mərkəzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Elsevier” şirkəti arasında əməkdaşlıq  müqaviləsinin imzalanma mərasimi keçirilib.
İmzalanma mərasimində elm və təhsil nazirinin müavini İdris İsayev, “Elsevier” şirkətinin regional direktoru Tayfun Basal, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və digər qonaqlar iştirak ediblər.
“Scopus” elmmetrik bazasının müxtəlif resurs və alətlərinə çıxış imkanı verən müqavilənin imzalanması təşəbbüsünü yüksək qiymətləndirən nazir müavini İdris İsayev bildirib ki, bu resurslardan ölkəmizin 100-dən çox dövlət və özəl qurumlarında çalışan alim və tədqiqatçılar, həmçinin tələbələr bəhrələnəcəklər.
Müqavilənin imzalanması mərasimindən sonra ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının müvafiq əməkdaşları üçün “Scopus” və “ScienceDirect” bazalarının istifadəsi ilə bağlı təlim keçirilib. Təlimin keçirilməsində məqsəd ilk dəfə olaraq Azərbaycanın özəl və dövlət ali təhsil müəssisələri, eləcə də bütün elmi-tədqiqat institutları üçün dünyanın ən böyük elmmetrik bazalarından biri olan “Scopus”a çıxış imkanının təmin edilməsi ilə bağlı ölkəmizin müxtəlif beynəlxaq reytinqlər üzrə elm və innovasiya sahəsində göstəricilərinin daha da yaxşılaşdırılmasına təsir göstərəcək məlumatları elm və təhsil müəssisələrinin nümayəndələrinə çatdırmaq idi.
Qeyd edək ki, təlimdə SDU-nun əməkdaşı Elmi hissənin baş metodisti Şəfaqət Məmmədova həm dinləyici qismində, həm də müzakirələr zamanı fəal iştirak edib.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az