Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun nəzdində Psixoloji Xidmət Mərkəzində “İmtahan stressinin idarə edilməsi” mövzusunda tədbir keçirildi
SDU-nun nəzdində Psixoloji Xidmət Mərkəzində “İmtahan stressinin idarə edilməsi” mövzusunda tədbir keçirildi
İyunun 19-da Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət Mərkəzində “İmtahan stressinin idarə edilməsi” mövzusunda tədbir həyata keçirildi. Tədbir Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova tərəfindən təşkil edilmişdi. Tədbirdə Pedaqogika və psixologiya kafedrasının əməkdaşları: dosent Sevər Mirzəyeva, dosent Ceyhun Məmmədov, dosent Şahnaz Quliyeva, dosent Ayna Hacıyeva, dosent Kəmalə Salamova, baş müəllim Sevinc Rzayeva da iştirak etdilər.
Tədbirdə Aytəkin Məmmədova çıxış edərək tələbələrdə imtahan zamanı qarşıya çıxan psixoloji problemlər haqda danışdı. O, əsas problemlərdən biri kimi tələbələrdə imtahan stressi və həyacanı barədə qeyd edərək, stress vəziyyətinin əlamətləri, bu vəziyyətdən çıxış yolu, stressin idarə edilməsi haqda ətraflı məlumat verdi.
Daha sonra növbəti tədris ili üçün mərkəzdə həyata keçiriləcək tədbirlərin mövzularının müəyyən edilməsi ilə bağlı müzakirələr aparıldı.
Sonda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, SDU nəzdində Psixoloji Xidmət Mərkəzi 2018-ci ildən fəaliyyətə başlamışdır. Mərkəzin əsas məqsədi tələbələrə psixoloji yardımın göstərilməsindən, tələbələrin qrup yoldaşları ilə ünsiyyətinin diaq­nos­ti­ka­sı­nı aparmaq, ün­siyyət pozul­ma­larının psixoloji səbəblərini müəyyənləşdirməkdən ibarətdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az