Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun ingilis dili müəllimləri ADA Universitetində beynəlxalq təlim konfransında iştirak etdilər
SDU-nun ingilis dili müəllimləri ADA Universitetində beynəlxalq təlim konfransında iştirak etdilər
SDU-nun Dil və Tərcümə Mərkəzinin təşəbbüsü ilə Mərkəzin direktoru Jalə Məmmədova və Xarici dillər kafedrasının bir qrup əməkdaşı 16-17 iyun tarixlərində ABŞ Səfirliyinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, ADA Universitetinin və Şimali Karolina Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “İngilis dilinin tədrisində strategiyalar və innovasiyalar” adlı təlim konfransında iştirak etdilər. Konfransda 500-dən çox azərbaycanlı ingilis dili müəllimi iştirak etdi. Açılışda Mədəniyyət məsələləri üzrə müşavir Salman Hacı, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal və Şimali Karolina Dövlət Universitetinin Qlobal təhsil və məşğulluq üzrə prorektoru Maykl Bustl konfrans iştirakçılarını salamladılar və gələcək elmi fəaliyyətlərində uğurlar arzuladılar. Sonra müəllimlər sərbəst olaraq maraq dairələrinə uyğun müxtəlif təlim bölmələrinə keçid aldılar. Təlim Amerika Səfirliyinin xüsusi kurs keçmiş təlimçiləri tərəfindən idarə olunurdu. Bir-birindən maraqlı və rəngarəng mövzular üzərində aparılan müzakirələrdə müəllimlər fəallıq nümayiş etdirərək, ingilis dili proqramlaşdırmasını dəstəkləmək imkanından məmnun olduqlarını bildirib, ölkənin müəllim korpusu arasında bu peşəkar inkişaf imkanlarına olan motivasiyanı vurğuladılar. Təlimdə SDU-nun ingilis dili müəllimlərinin də yeni təcrübələr qazanmaq və həmyaşıd pedaqoqların peşəkar şəbəkəsini qurmaq üsullarını inkişaf etdirmək imkanı oldu. Müəllimlər kommunikativ təlim metodları, auditoriyada yeni təlim texnologiyalarından istifadə, tədris proqramlarının hazırlanması kimi mövzuların müzakirəsində aktivlik nümayiş etdirdilər. Konfransın yekununda könüllülər təlim iştirakçıları ilə gələcəkdə hansı aktual mövzular üzərində təlimlərin aparılması ilə bağlı fərdi anonim sorğular keçirdilər, fərqlənən iştirakçılar sertifikat və xüsusi nişanlara layiq görüldülər.
Qeyd edək ki, təlimdə Sumqayıt Dövlət Universiteti ilə yanaşı, Azərbaycan Diplomatik Akademiyasının, Bakı Mühəndislər Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Gəncə Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili müəllimləri də iştirak etdilər. 
 
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az