Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX ‒ XI sinif şagirdləri arasında keçirilən fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
SDU-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX ‒ XI sinif şagirdləri arasında keçirilən fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi
Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş IX-XI sinif şagirdləri arasında keçirilən fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Mərasimdə universitetin professor-müəllim heyəti, olimpiadada qalib gələn şagirdlər, onların valideynləri və müəllimləri iştirak edirdilər.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq iştirakçılara rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı və olimpiadada qalib olmuş şagirdləri, onların üzərində əməyi olan müəllimləri və valideynləri təbrik etdi. Bildirdi ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. Bu kimi olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması və universitet-məktəb əməkdaşlığını genişləndirmək, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə kömək etməkdən ibarətdir.                                        Sumqayıt Dövlət Universitetinin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verən dosent Elmar Xəlilov bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncamda qeyd etdiyi kimi, Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır.
Olimpiada qaliblərini təbrik edən fakültə dekanları çıxış edərək ölkəmizin gələcəyinin bu gün yetişdirdiyimiz kadrların səviyyəsi, gənclərin elmi potensialı ilə ölçüldüyünü, müxtəlif fənlər üzrə olimpiadaların, bilik yarışmalarının bu istiqamətdə mühüm rol oynadığını, davamlı olaraq keçirildiyini bildirdilər. Bugünkü tədbirin nəinki universitetin, həmçinin Sumqayıt şəhərinin elmi həyatında vacib hadisələrdən biri olduğunu diqqətə çatdırdılar, universitetdə tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən söz açdılar, şagirdlərə gələcəkdə hansı sənətin daşıyıcısı olmağından asılı olmayaraq, ölkəmizin layiqli vətəndaşı olmağı arzu etdilər.
Sonra qaliblər mükafatlandırıldı, onlara sertifikatlar və qiymətli hədiyyələr təqdim edildi.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az