Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ufa Dövlət Neft Texniki Universitetinin alimi SDU-nun tələbələrinə mühazirə oxuyub
Ufa Dövlət Neft Texniki Universitetinin alimi SDU-nun tələbələrinə mühazirə oxuyub
Səfər çərçivəsində SDU-da ezamiyyətdə olan Ufa Dövlət Neft Texniki Universitetinin İqtisadi təhlükəsizlik kafedrasının müdiri dosent Olqa Mamelatalaşvili mayın 24-də İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinə “Müəssisələrin iqtisadi təhlükəsizliyi” mövzusunda mühazirə oxuyub. Tələbə heyətini salamlayan dosent Olqa Mamelatalaşvili SDU-da olmağından məmnunluğunu ifadə edib və təmsil etdiyi universitet haqqında tələbələrə geniş məlumat verib.
Dosent Olqa Mamelatalaşvili qeyd edib ki, 2015-ci ildən universitetlərimiz arasında bağlanan əməkdaşlıq müqaviləsinə əsasən rəhbər işçilər, alimlər, tələbələr dəfələrlə ezamiyyətdə olur, elmi konfranslarda, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının forumlarında, tələbə forumlarında iştirak edirlər. Azərbaycanın ali təhsil müəssisələrinin elm və təhsil sahələrində fəaliyyətləri, ölkəmizin tarixi və mədəniyyəti ilə tanış olurlar. Bu da universitetlərimizin beynəlxalq əlaqələrinin inkişafına öz tövhəsini verir.
Qeyd edək ki, SDU Rusiya və Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfindən həmsədri kimi fəaliyyət göstərir, keçirilən forum, konfrans, görüşlər elm, təhsil sahəsi üzrə əlaqələrimizin genişlənməsinə səbəb olur. Bu cür görüşlərin təşkili Azərbaycan və Rusiya ali məktəbləri arasında qarşılıqlı münasibətlərin və dostluq əlaqələrinin möhkəmlənməsində böyük rol oynayır. Bu kimi görüşlərdə bir sıra mühüm məsələlər müzakirə edilir, təcrübə mübadiləsi və müxtəlif mövzularda diskussiyalar aparılır.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az