Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun tələbələri Əmək və Sosial Münasibətlər Akademiyasında intellektual yarışda I yerin qalibi oldular
SDU-nun tələbələri Əmək və Sosial Münasibətlər Akademiyasında intellektual yarışda I yerin qalibi oldular
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Yeni Klub və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş universitetlərarası intellektual yarış keçirildi.
Yarış 3 raunddan ibarət oldu. Birinci raundda "Heydər Əliyev və azərbaycançılıq", ikinci raundda "Zəfər tarixi", üçüncü raundda isə  "Dünya görüşü" mövzularında suallar ünvanlandı.
Yarışda I yerin qalibi Sumqayıt Dövlət Universiteti, II yerin qalibi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, III yerin qalibi isə Azərbaycan Texniki Univeristeti oldu.
Qalib komandaları Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının TEC rəhbəri Aygün Bağırzadə və Yeni klubun rəhbəri Mülayim Salmanzadə mükafatlarla təltif etdi.
Digər komandalara isə iştirakçı sertifikatları verildi.
Yarış Azərbaycan Respublikasının Xalq artisti Gülyaz Məmmədovanın ifası ilə yekunlaşdı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az