Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elm və Təhsil Nazirliyi ilə “Code Academy”nin birgə layihəsi olan #codeforfuture barədə infosessiya keçirildi
SDU-da Elm və Təhsil Nazirliyi ilə “Code Academy”nin birgə layihəsi olan #codeforfuture barədə infosessiya keçirildi
May ayının 19-da Sumqayıt Dövlət Universitetinin Böyük Akt zalında universitetin tələbələri üçün Elm və Təhsil Nazirliyi ilə “Code Academy” Tədris Mərkəzinin birgə həyata keçirdiyi #codeforfuture layihəsinin növbəti semestrlə bağlı infosessiyası olub.
Tədbiri giriş sözü ilə SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev açaraq iştirakçıları salamladı. SDU-nun rektoru professor Elxan Hüseynovun layihəyə qoşulmaq arzusunda olan tələbələrə uğurlar arzuladığını bildirən prorektor layihənin koordinatorları Şəhriyar Məmmədli və Ülvi Səfərlini təqdim etdi.
SDU-da müasir əmək bazarına cavab verən, rəqabətədavamlı, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu layihələrin gerçəkləşdiyini, respublikamız üçün elmi-pedaqoji kadr hazırlanması işininin həyata keçirildiyini bildirən Qafar Atayev #codeforfuture layihəsinin əhəmiyyətindən danışaraq, qeyd etdi ki, hazırda hər birində 16 tələbə olmaqla, 4 qrupda SDU-nun 64 tələbəsi #codeforfuture layihəsi dərslərində uğurla iştirak edir, şəbəkə administratoru və veb proqramlaşdırma istiqamətləri üzrə tədris həyata keçirilir. SDU-nun bu proqramı üzrə təhsil alan 20 tələbəsinin “Code Academy”nin dəstəyi ilə “Microsoft”un imtahanlarına qoşularaq şirkətin beynəlxalq sertifikatlarını əldə etdiyi qeyd olunub.
İnfosessiyada çıxış edən layihə koordinatorları tələbələrə #codeforfuture layihəsinə qoşularaq onun imkanlarından bəhrələnməyə dəvət etdilər. Layihədə iştirak etmək üçün portal üzərindən necə qeydiyyatdan keçmək, seçim imtahanlarının keçirilmə mexanizmi, tərisin təşkili, qiymətləndirmə meyarları, iştirakçı sertifikatı və “Code Academy”nin diplomlarının əldə olunması barədə iştirakçılara təqdimatlar vasitəsilə ətraflı məlumatlar verdilər.
İnfosessiyanın sonunda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırıldı.
Xatırladaq ki, layihənin əsas məqsədi İT sahəsində müasir dövrün əmək bazarının tələblərinə uyğun peşələrə sahib ola bilmək üçün tələbələrin bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az