Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Erasmus+KA2 “REFRESH” layihəsinin açılış mərasimində iştirak etdi
SDU-nun rektoru Erasmus+KA2 “REFRESH” layihəsinin açılış mərasimində iştirak etdi
Mayın 15-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji və iqlim dəyişikliyinin azaldılması” (REFRESH) adlı Erasmus+KA2 layihəsinin ilk yığıncağı keçirildi. Qeyd edək ki, UNEC layihənin Azərbaycan tərəfdən koordinatorudur.
Tədbirin məqsədi layihədə mərhələlər üzrə yerinə yetiriləcək iş planı və iş bölgüsünün təqdimatı, İdarəetmə və Keyfiyyət Şuralarının yaradılması, maliyyənin idarə edilməsi məsələlərinin müzakirəsi və mümkün suallara aydınlıq gətirilməsi idi.
Tədbirdə açılış nitqi ilə çıxış edən UNEC-in rektoru professor  Ədalət Muradov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirdi, REFRESH layihəsinin modernləşdirilmiş və innovativ kurikulumların hazırlanması və tətbiqi üzrə universitetlərin imkanlarını gücləndirməklə Azərbaycanda ali təhsilin keyfiyyətini və aktuallığını artırmaq məqsədi daşıdığını bildirdi.
Tədbirdə Avropa İttifaqından (Aİ) tərəfdaş universitetlərin nümayəndələri:Kral Texnologiya İnstitutundan (KTH) Viktor Kordas, Danimarka Texniki Universitetindən (DTU) Mads Peter Sorensen, Bolonya Universitetindən (UNIBO) Domiziano Mostacci, Barselona Universitetindən Amparo Kortes Lukas Erasmus layihələrində qazandıqları uğurlardan danışaraq bu layihə haqqında fikirlərini bölüşdülər.
Yerli tərəfdaş universitetlərin rəhbərləri Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru professor Elxan Hüseynov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov, Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi Yaşar Ömərov, həmçinin Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko,Milli Erasmus Ofisinin direktoru Pərviz Bağırov,  Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev tədbirdə iştirak etdilər.
Daha sonra yerli tərəfdaş universitetlərin rektorlarının çıxışları dinlənildi.
Rektor professor Elxan Hüseynov SDU tərəfdən REFRESH layihəsində iştirak edən heyəti təqdim edərək, layihənin qazanılmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Daha sonra SDU-nun bu vaxtadək iştirak etdiyi Avropa Birliyi tərəfindən maliyyələşdirilən layihələrdəki təcrübəsindən söz açaraq bu əlaqələrin daha da genişləndirilməsi üçün Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonu universitetə dəvət etdi.
İki gün davam edəcək tədbirdə SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov da iştirak edirdi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az