Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup professor-müəllim və tələbəsi AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında oldular
SDU-nun bir qrup professor-müəllim və tələbəsi AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında oldular
Mayın 13-də Sumqayıt Dövlət Universitetinin Fizika  və elektroenergetika   fakültəsinin bir qrup  professor-müəllim və tələbəsi AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında oldular.
Əvvəlcə rəsədxananın elmi katibi astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov və Astrofizika və ulduz astronomiyası ixtisası üzrə dissertant, elmi işçi Səbahəddin Alışov SDU-nun professor-müəllim və tələbə heyətini qarşıladılar, onları görməkdən məmnun olduqlarını qeyd etdilər.
Səbahəddin Alışov əvvəlcə rəsədxananın tarixi və görülən işlər barədə qonaqlara geniş məlumat verdi.  Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları əsasında 2009-2013-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yenidənqurma işləri aparılıb. Cənab Prezidentin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısı nəticəsində rəsədxananın yaşayış bölməsi tamamilə yenilənmiş, onun baş korpusu (yeni astronomiya muzeyi, böyük konfrans zalı və s. əlavə olunmuşdur), teleskoplar yerləşən binalar əsaslı təmir olunmuş, yeni laboratoriya korpusu tikilmiş, bir sıra yardımçı obyektlər istifadəyə verilmiş, böyük həcmdə abadlıq işləri yerinə yetirilmişdir. Müasir standartlara cavab verən yeni kommunikasiya xətləri çəkilmiş, ikimetrlik teleskop tam modernləşdirilərək avtomatlaşdırılmışdır.
Həmçinin Səbahəddin Alışov qeyd etdi ki, rəsədxanada 100-ə yaxın elmi işçi elmi-tədqiqat işi aparır. Rəsədxananın muzeyində Azərbaycan ərazisinə düşən 2 meteorit  eksponat kimi saxlanılır, əvvəlki teleskopun idarəetmə pultu, eləcə də 2-si günəş, 4-ü ulduz teleskopu olmaqla, 6 teleskop haqqında geniş məlumat verərək müəllim və tələbələrin suallarını cavablandırdı.
Rəsədxanada Nobel mükafatına layiq görülən astrofiziklərin şəkillərindən ibarət olan stendlər tələbələr tərəfindən maraqla qarşılandı. Tələbələr yaradılan şəraitə görə rəsədxana rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az