Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin VIII tələbə elmi konfransı keçirildi
SDU-nun Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin VIII tələbə elmi konfransı keçirildi
Mayın 12-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin VIII tələbə elmi konfransı keçirildi.
Konfrans plenar iclasın işi ilə başladı. Giriş sözü ilə fakültənin dekanı dosent Sevinc Həmzəyeva konfransı açıq elan etdi. O, çıxışında illərdir ənənə halına gəlmiş bu konfransın tələbələrin həyatındakı mühüm rolundan, universitetdə tələbələr üçün yaradılmış münbit şəraitdən danışdı və konfransın işinə uğurlar arzuladı.
SDU TEC-in elmi rəhbəri dosent Lalə Bunyatova TEC-in ümumi iş prinsipindən, universitet üzrə görülən işlərdən danışaraq qeyd etdi ki, pandemiya vaxtı TEC-in fəaliyyətində müəyyən zəifləmə olsa da, hal-hazırkı konfransın işi də bu zəifləmənin tarixə qovuşduğunun rəsmi təsdiqidir. 
Filologiya fakültəsi TEC-in elmi rəhbəri, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının  baş müəllimi Afət Rəfiyeva fakültə üzrə görülən işlərin ümumi vəziyyəti haqqında məlumat verərək gələcəkdə fəaliyyətlərini daha da genişləndirəcəklərini qeyd etdi.
Daha sonra plenar iclas işini 4 tələbənin məruzəsi ilə davam etdirdi. Məruzələr ətrafında maraqlı müzakirələr aparıldı.
Plenar iclas yekunlaşdıqdan sonra konfrans işini 4 bölmədə davam etdirdi.
Bölmələr üzrə ümumilikdə 39 tələbənin məruzəsi dinlənildi.
Konfrans bölmə rəhbərlərinin hesabatları ilə yekunlaşdı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az