Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarix və Coğrafiya fakültəsində Dövlət bayrağı və Konstitusiya günü qeyd olundu
Tarix və Coğrafiya fakültəsində Dövlət bayrağı və Konstitusiya günü qeyd olundu

Noyabrın 11-də Universitetinin Tarix və Coğrafiya fakültəsində Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Dövlət bayrağı və Konstitusiya günü qeyd olundu. Tədbirdə Tarix və Coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, dekan müavini Osman Hacıyev, Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıqov, Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev, SDU-nun AHİK-nin sədri Turan Cəfərov, həmçinin, çoxsaylı müəllim və tələbələr iştirak etdilər.
Universitetin Tarix və Coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdi və tədbiri giriş sözü ilə açaraq Bayraq gününün təsis edilməsinin Azərbaycan Respublikasanın dövlət rəmzlərinə hörmət əlamətinin olduğunu bildirdi. O, Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarı ilə çıxış edərək qeyd etdi ki, Azərbaycanın dövlət bayrağının dalğalanmasından 97 il ötür. Həmçinin professor bayrağa,vətənə olan sevginin insanlara,xüsusilə gənclərə aşılanmasında ən böyük örnəyin cənab Prezident İlham Əliyev tərəfindən olduğunu vurğuladı.
12 Noyabr Azərbaycan Konstitusiya Gününün təsisi ilə bağlı Azərbaycan tarixi kafedrasının dosenti Elmar Xəlilov çıxış edərək tədbir iştirakçılarının bayramını təbrik etdi.Digər çıxış edənlər sırasında tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Könül Fərəcli, Leyla Ağayeva,III kurs tələbəsi Xəyal Qəhrəmanov və Sumqayıt Dövlət Universitetin YAP Gənclər birliyinin sədri Səma Əsədova Dövlət bayrağı və Konstitusiya Gününün tarixi əhəmiyyətindən bəhs etdilər.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az