Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Startapın biznes modelinin hazırlanması mövzusunda təşkil olunan vörkşopda iştirak etdilər
Tələbələrimiz Startapın biznes modelinin hazırlanması mövzusunda təşkil olunan vörkşopda iştirak etdilər
Martın 27-də Sumqayıt şəhər Gənclər evində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə vörkşop keçirildi. Tədbirdə SUP.VC şirkətinin direktoru Rəşad Eyvazov, İnnovasiya üzrə ekspert Vüsal Kərimli, SDU-nun Elmi hissəsinin müdiri dosent Samir Orucov, TEC-in elmi rəhbəri dosent Lalə Bünyatova, bütün fakültə TEC rəhbərləri və üzvləri olan tələbələr, Gənc Alimlər Şurasının üzvləri fəal iştirak etdilər. Qeyd edək ki, iştirakçılar könüllü şəkildə əvvəlcədən göndərilmiş linkdən qeydiyyatdan keçmişdilər.  
Vörkşop startapın biznes modelinin hazırlanması istiqamətində təşkil olundu. Vörkşopda iştirakçılar startapın necə işlədiyi, öz müştərisi üçün hansı dəyəri yaratdığı, həmçinin o dəyəri satmağın qarşılığında necə qazanc əldə etməsi ilə bağlı mövzular üzərində işlədilər. Müxtəlif komandalar şəklində bölünmüş tələbələr öz ideyalarını irəli sürdülər və yeni həllər, imkan və fürsətlərlə bağlı fikir mübadiləsi apardılar. Təlimçi və mentorların, eləcə də rəhbərlərin yaxından dəstəyi ilə gənclər təklif etdikləri layihələrin sosial, iqtisadi yönlərini bir daha nəzərdən keçirdilər. Təşkilatçılar bu işin davamlı xarakter alacağını qeyd edərək, belə fəal tələbələrlə işləməyin çox səmərəli nəticələr verəcəyini qeyd etdilər.    
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az