Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun kollektivi Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak etdi
SDU-nun kollektivi Sumqayıtda ümumşəhər Novruz şənliyində iştirak etdi
Martın 17-də xalqımızın milli-mənəvi irsini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı Sumqayıtda böyük təntənə ilə qeyd olundu.
Kimyaçı Mədəniyyət Sarayının qarşısında təşkil olunmuş tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov, Millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin rektoru cənab Elxan Hüseynov başda olmaqla universitetin kollektivi iştirak etdilər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırdı. Yüksələn alov dilimləri sanki insanların sevincini göylərə qaldırırdı. İdmançıların çıxışları iştirakçılar tərəfindən maraqla izləndi. Dədə Qorqud və Bahar qız xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzuladılar, milli geyimli uşaqlar meydanda rəqs etdilər.
Daha sonra cənab Zakir Fərəcov və qonaqlar sarayın qarşısında qurulmuş çadırlara baxış keçirdilər. Tariximizin müxtəlif dövrlərini əks etdirən səhnələr, tarixi eksponatlar təqdim edildi. Musiqi sədaları hamını valeh etdi. İştirakçılar sacda yenicə bişən lavaşdan, bükmədən daddılar, maraqlı diskussiyalar apardılar.
Həmçinin çadırlarda Azərbaycan mətbəxinin təamları, Novruzun atributları olan paxlava və şəkərburanın müxtəlif çeşidləri də maraqla qarşılandı. Xanımlar onların hazırlanmasını canlı şəkildə iştirakçılar qarşısında nümayiş etdirdilər.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin hazırladıqları Novruz xonçaları sərgiləndi, milli mətbəximiz və geyimlərimiz, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələri nümayiş olundu. Həmçinin universitetin “Səma” rəqs qrupunun rəngarəng rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Daha sonra iştirakçılar sarayın qarşısında təşkil olunmuş açıq səma altında canlı konsertə tamaşa etdilər.
Mətbuat xidməti
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az