Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru payız imtahan sessiyasının gedişini izlədi
SDU-nun rektoru payız imtahan sessiyasının gedişini izlədi
Yanvarın 5-də Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov fakültələrdə keçirilən imtahan prosesini  izlədi və tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlandı.
Rektor professor Elxan Hüseynov imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinlədi. Universitetdə tələbələrin tədrisi üçün geniş imkanların yaradıldığını bildirən rektor sessiyanın şəffaf, obyektiv, qərəzsiz və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün tədbirlərin görüldüyünü vurğuladı. Qeyd etdi ki, SDU-da da 2022−2023-cü tədris ili payız semestrinin imtahan sessiyası Elm və Təhsil Nazirliyinin mövcud qaydalarına uyğun təşkil edilib, universitetdə sessiyanı normal şəraitdə, obyektiv başa çatdırmaq məqsədilə hər cür şərait yaradılıb.Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi qarşıya məqsəd qoyulub. Belə ki, universitetdə Operativ qərargah və “Qaynar xətt” fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr apelyasiya komissiyasına ərizə ilə müraciət edə bilərlər. Bununla yanaşı, SDU-nun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə  universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurası yaradılıb. Təbii ki, bütün bunlar imtahanların tam obyektivliyinin təmin olunmasına xidmət edir. 
Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən razı qaldıqlarını bildirərək, sualların hamısının semestr boyu keçdikləri mövzuları əhatə etdiyini diqqətə çatdırdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az