Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Siyasi repressiya qurbanları muzeyində oldular
Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Siyasi repressiya qurbanları muzeyində oldular
2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur.  Bu münasibətlə SDU-nun Filologiya fakültəsinin bir qrup müəllim və tələbəsi mayın 28-də Bakıda Dövlət Sərhəd Xidmətinin nəzdində yerləşən Siyasi Repressiya Qurbanları Muzeyində oldular. 
Ekskursiyada Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli, həmin kafedranın müəllimləri: dosent  Xəyalə Mürsəliyeva və baş müəllim Elnarə Əhmədova, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimləri dosent Törə Məmmədova və baş müəllimi İlahə Vəliyeva, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Tayfun Hacılı, eləcə də  Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyətinin fakültə üzrə fəalları iştirak etdlər.
Tələbələrə muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani surətdə əks etdirməsi, 1920‒1950-ci illərdə Sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qaldığı haqda məlumat verildi. 
1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqillik illərində 1996-cı il martın 15-də Ulu öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verildiyi bildirildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az