Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Beynəlxalq Həftə”nin ikinci günü
SDU-da “Beynəlxalq Həftə”nin ikinci günü
Mayın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşkilatçılığı ilə “Beynəlxalq həftə” tədbirinin ikinci görüşü keçirildi.
Tədbiri giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq iştirakçıları salamladı və “Beynəlxalq həftə”nin qonağı iqtisad elmləri doktoru, Almaniya Siegen Universiteti və SRH-NRW Tətbiqi Elmlər Universitetinin professoru Müslüm İbrahimovu iştirakçılara təqdim edərək bildirdi ki, Sumqayıt Dövlət Universitetinin “Beynəlxalq həftə” silsilə tədbirləri öz ideyasını azərbaycançılıq məfkurəsinin banisi ümumilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının ölkəmizin mənafeyi naminə birləşməsi siyasətindən götürmüşdür.
İqtisadiyyat və idarəetmə fakültəsinin tələbə-müəllim heyəti üçün təşkil olunmuş açıq mühazirədə şirkətin strategiyası, analitik xüsusiyyətləri, fəaliyyət sistemi xəritəsi, təşkilat şəbəkəsi, idarəetmədə əsas bacarıqlar və rəqabətqabiliyyətlilik haqqında geniş məlumat verildi. İştirakçıların geniş marağına səbəb olan tədbir sual-cavabla yekunlaşdı. 
Tədbirdə Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, kafedra müdirləri və müəllim-tələbə heyəti iştirak etdilər. 
Qeyd edək ki, “Beynəlxalq həftə” çərçivəsində növbəti tədbirdə İstanbul Texniki Universitetinin nümayəndəsinin SDU-nun Mühəndislik fakültəsinin müəllim-tələbə heyəti ilə görüşü nəzərdə tutulur
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az