Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı ADA Universitetində yaradılan Beyin Mərkəzinin üzvü seçildi
SDU-nun əməkdaşı ADA Universitetində yaradılan Beyin Mərkəzinin üzvü seçildi
Aprelin 15-də ADA universitetində Institute of  Diplomacy and Development (Siyasət və İnkişaf İnstitutu) Beyin Mərkəzinin fəaliyyətinə start verilmişdir. İnstitutun idarə heyətinin tərkibinə idarə heyətinin rəhbəri, ADA Universitetinin təsisçisi və rektoru professor Hafiz Paşayev, Qəyyumlar Şurasının direktoru, ADA universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, tədqiqat qrupunun rəhbəri, Serbiyadan olan mütəxəssis Damjan Krnjevic Miskovic daxildir.
Beyin Mərkəzinin məqsədi Azərbaycanda ictimai-siyasi istiqamətdə aparılan araşdırmaların mükəmməlləşdirilməsidir. Eyni zamanda institutun ingilis dilində dərc olunan “İpək yolu regionunda siyasət perspektivləri” jurnalı qonaqlara təqdim olundu.    
Müxtəlif ali təhsil müəssisələrinin və mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət tədqiqat qrupunun tərkibinə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva da daxil edilmişdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az