Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin tanınmış alimi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin tanınmış alimi vəfat etdi
Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti Bakir Yusifov vəfat etdi.
72 yaşında dünyasını dəyişən Yusifov Bakir Məhəmməd oğlu 1949-cu il sentyabrın 16-da Gədəbəy rayonunun Ağamalı kəndində anadan olub. 1966-cı ildə BDU-nun Mexanika Riyaziyyat fakültəsinə daxil olub və 1971-ci ildə təhsilini başa vurub. 1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1993-cü ildə isə dosent elmi adı almışdır.
Dosent Bakir Məhəmməd oğlu Yusifov 80-ə yaxın elmi məqalə, o cümlədən, 1 monoqrafiya, 10-dan artıq dərslik və metodik vəsaitin müəllifidir.
Ailəli idi, iki övladı var.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az