Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Elektrotexnika və energetika kafedrasının bir qrup müəllim və tələbəsi Sumqayıt Elektrik Stansiyasına ekskursiya etdilər
SDU-nun Elektrotexnika və energetika kafedrasının bir qrup müəllim və tələbəsi Sumqayıt Elektrik Stansiyasına ekskursiya etdilər
Dekabrın 21-də SDU-nun Fizika və elektroenergetika fakültəsinin Elektrotexnika və energetika kafedrasının bir qrup müəllim və tələbəsi kafedra müdiri dosent Nadir Hacıbalayevin rəhbərliyi ilə Sumqayıt Elektrik Stansiyasına ekskursiya etdilər.
Ekskursiyada iştirak edən nümayəndə heyətimizi əvvəlcə stansiyanın Texniki Təminat şöbəsinin aparıcı mühəndisi Tofiq Qurbanov səmimi qarşıladı və stansiya haqqında geniş məlumat verdi. Qeyd etdi ki, stansiya "SİEMENS" şirkəti (Almaniya) tərəfindən Sumqayıt 1№ -li İstilik Elektrik Mərkəzinin bazasında yenidən qurulmuşdur. Gündəlik burada 483 meqovatt/saat elektrik enerjisi istehsal olunur və sistemə ötürülür. Stansiyada buxar turbinləri ilə yanaşı, qaz turbinləri də mövcuddur.
Turbin sexinin aparıcı mühəndisi Şəfa Vəliyeva isə stansiyadakı bütün istilik avadanlıqları ilə tələbələri tanış etdi. Həmin avadanlıqların iş prinsipi və onların ilkin parametrləri haqqında məlumat verdi. Məlum oldu ki, stansiyada iki qazan, iki turbin (qaz-buxar turbini), 2000 m3 həcmə malik çirkli su çəni və 750 m3 həcmə malik təmiz su bakı, sahil stansiyası, kondensat nasosları, bəsləyici nasoslar, stansiyaya qaz verimi məntəqələri (qeyd edək ki, qazın təzyiqi 28 atmosferdir), eyni zamanda dispetçer məntəqəsi və s. mövcuddur.
Sonra Texniki təminat şöbəsinin aparıcı mühəndisi Tofiq Qurbanov, turbin sexinin aparıcı mühəndisi Şəfa Vəliyeva tələbələrin suallarını cavablandırdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az