Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | UDNTU-nun alimi tələbələrimizə mühazirə oxudu
UDNTU-nun alimi tələbələrimizə mühazirə oxudu
Universitetdə elmin vəziyyəti həm elmi-pedaqoji kadrların hazırlanması işini, həm də mütəxəssis və bakalavr (magistr) hazırlığının keyfiyyətini şərtləndirən əsas amildir. Bu istiqamətdə universitetdə həm yerli, həm də xarici alimlərin tələbələrə mühazirə dərslərini keçmələri böyük əhəmiyyət kəsb edir.
Dekabrın 20-də Ufa Dövlət Neft Texniki Universitetinin Elektrotexnika və sənaye müəssisələrinin elektrik avadanlığı kafedrasının dosenti Regina Tagirovna Xaziyeva Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin tələbə-müəllim heyəti üçün “Vericilər və çeviricilər” mövzusunda mühazirə ilə çıxış etdi.
Çıxışdan əvvəl Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova Ufa Dövlət Neft Texniki Universitetinin Elektrotexnika və sənaye müəssisələrinin elektrik avadanlığı kafedrasının müdiri tex.e.d., prof. Marat İlgizoviç Xakimyanovu və mühazirə iştirakçılarını salamladı, belə mühazirələrin keçirilməsinin tələbələrin elmi potensialının inkişafına böyük təkan olacağını bildirdi.
Dosent R.Xaziyeva iştirakçılar tərəfindən verilən sualları cavablandırdı. Aparılan fikir mübadiləsi nəticəsində bu cür mühazirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulandı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az