Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da rektorluğun növbəti onlayn formatda iclası keçirildi
SDU-da rektorluğun növbəti onlayn formatda iclası keçirildi
Oktyabrın 6-da Sumqayıt Dövlət Universitetində rektorluğun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ənənəvi tədrisə keçidlə bağlı 22.09.2021-ci il tarixli 275 saylı qərarına uyğun olaraq, Sumqayıt Dövlət Universitetində 2021/22-ci tədris ilində tədris prosesinin təşkilinin vəziyyəti, SDU tələbələri arasında peyvəndlənmə prosesinin vəziyyəti və digər məsələlərə dair irəli sürülən təkliflərin müzakirəsinə həsr olunmuş növbəti onlayn formatda iclası keçirildi.
SDU-nun rektoru professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı. Tədrisin mövcud vəziyyətdə də yüksək səviyyədə həyata keçirildiyini qeyd etdi və universitetin tədris və elmi fəaliyyətinin bütün istiqamətlər üzrə inkişafından danışdı.
Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov və fakültə dekanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin ənənəvi tədrisə keçidlə bağlı 22.09.2021-ci il tarixli 275 saylı qərarına uyğun olaraq, Sumqayıt Dövlət Universitetində 2021/22-ci tədris ilində tədris prosesinin təşkilinin vəziyyəti barədə çıxış etdilər. Qeyd etdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ənənəvi tədrisə keçidlə bağlı 22.09.2021-ci il tarixli 275 saylı qərarına uyğun olaraq, Sumqayıt Dövlət Universitetində Xüsusi karantin rejiminin tələblərinə uyğun bütün məsələlər diqqət mərkəzində saxlanılır və uğurla həyata keçirilir. Nazirlər Kabinetinin tələbələrin auditoriyanın ümumi tutumunun 70 faizinə qədər istifadəsi ilə bağlı qoyduğu limitə bütün fakültələrdə ciddi əməl olunur. Universitetdə peyvənd və immunitet sertifikatı olmayan 18 yaşdan yuxarı əməkdaşların və tələbələrin universitet ərazisinə daxil olmalarına qadağa qoyulmuşdur.
Çıxış edənlər onu da qeyd etdilər ki, Pandemiya ilə əlaqədar xəstəliyə yoluxma ehtimalını daha da azaltmaq məqsədilə bütün fakültələrdə məşğələ, seminar və laboratoriya dərslərinin ənənəvi formada, mühazirə dərslərinin isə məsafədən keçirilməsi təmin edilir. 2021/2022-ci tədris ilinin ilk həftəsində tələbələrin dərslərə davamiyyəti ənənəvi və onlayn formalarda kifayət qədər yüksək olmuşdur.
Humanitar məsələlər üzrə prorektor dos. Ramiz Hüseynov və fakültə dekanları SDU tələbələri arasında peyvəndlənmə prosesinin vəziyyəti haqqında məlumat verdilər. Bildirdilər ki, bəzi tələbələrin 1-ci doza rayonda peyvənd olunması, 2-ci doza peyvəndin isə Sumqayıt şəhərindəki tibb müəssisələrində olunması zərurəti yarandığından, həmin tələbələrin və ümumiyyətlə peyvənd olunmayan tələbələrin mütəşəkkil formada birbaşa universitetin özündə peyvəndlənməsi qərara alınmışdır. SDU-da COVID−19 infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə universitetin tədris korpuslarında mütəmadi dezinfeksiya işləri aparılır və sanitar-epidemioloji tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Prorektor dos. Ramiz Hüseynov onu da qeyd etdi ki, tələbələrin peyvəndlənmə prosesində fəal iştirakı üçün Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov və fakültə dekanları tərəfindən ciddi iş aparılmış, tələbələrin peyvəndlənmə prosesində iştrakı kifayət qədər yaxşı təmin edilmişdir.
Sonra rektor 2-ci doza vaksinasiyası qalan və peyvənd olunmamış tələbələrin qısa müddətdə vaksinasiyalarının birbaşa universitetdə təşkil olunmasının təmin edilməsini Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynova tapşırdı.
Rektor iclasın sonunda onu da qeyd etdi ki, bütün təkliflər sistemləşdirilsin, yaxın gələcək və uzaq gələcəyə nəzərdə tutulmuş təkliflər müəyyənləşdirilsin və bu təkliflərin yerinə yetirilməsi istiqamətində bütün mümkün imkanlardan maksimum səmərəli istifadə edilsin. Bununla da, rektorluğun iclası başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az