Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup müəllim və tələbəsi Sumqayıt Şəhidlər xiyabanını ziyarət etdi
SDU-nun bir qrup müəllim və tələbəsi Sumqayıt Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu istiqamətdə Sumqayıt Dövlət Univeristetində silsilə tədbirlərin planı təsdiq edildi.
Sentyabrın 25-də universitetin bir qrup müəllim və tələbəsi Sumqayıt şəhərində yerləşən Şəhidlər xiyabanını ziyarət etdi və şəhidlərin məzarı üzərinə gül dəstələri qoydular.
Ziyarət zamanı Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qeyd etdi ki, 2020-ci il Azərbaycan xalqı üçün 30 illik həsrətə son qoyaraq düşmən əlində qalmış torpaqlarının azad edilməsi baxımından qürur və zəfər dolu bir il oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığı ilə nəticələndi. Üç minə yaxın qəhrəmanımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igidimiz qazi adını qazandı.Ölkəmizdə şəhid ailələri, müharibə qaziləri, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə Sumqayıt Dövlət Univeristetinin rəhbərliyi tərəfindən əməkdaşlar mütəmadi olaraq şəhidlərimizin və qazilərimizin ailələrini ziyarət edir, qayğıları ilə maraqlanır.
Sonda bir daha vurğulandı ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq. Onların qanları ilə azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Onlara Allahdan rəhmət, ailələrinə səbir dilədilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az