Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da insan alverinə qarşı onlayn formatda maarifləndirici tədbir keçirildi
SDU-da insan alverinə qarşı onlayn formatda maarifləndirici tədbir keçirildi
Aprelin 23-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə insan alverinə qarşı onlayn formatda maarifləndirici tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan SDU-nun Humanitar məsələlər üzrə prorektoru dosent Ramiz Hüseynov belə tədbirlərin təşkilində əsas məqsədin ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə olduğunu diqqətə çatdıdı və bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı. Qeyd etdi ki, tədbirin keçirilməsində məqsəd hərtərəfli, insan hüquqlarına əsaslanan yanaşma və beynəlxalq tərəfdaşlıq, uşaq və gənclər arasında insan alverinin qarşısının alınmasının və ona qarşı mübarizənin müxtəlif aspektləri üzrə təcrübə mübadiləsi aparmaqdan və müzakirələri təşviq etməkdən ibarətdir.
Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini də diqqətə çatdırdı, gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırdı. Qeyd etdi ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur.
Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı insan alverinin vətəndaş hüquqlarının pozulması, şəxsiyyətə qarşı cinayət olduğundan və onlara qarşı mübarizə tədbirlərindən söz açdı. Tədbir iştirakçılarına insan alveri anlayışı, insan alverinə qarşı mübarizənin mahiyyəti, formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə məlumat verdi.
Sonra mövzu ətrafında müzakirələr aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az