Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | "Təhsil hüququ" mövzusuna həsr olunmuş onlayn formatda seminar keçirildi
"Təhsil hüququ" mövzusuna həsr olunmuş onlayn formatda seminar keçirildi
Mayın 16-da Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə Fəlsəfə, sosiologiya və politologiya kafedrasının dosenti Əminə Həsənova tərəfindən Socialist Law Club üzvü olan tələbələrə "Təhsil hüququ" mövzusuna həsr olunmuş onlayn formatda seminar keçirildi.
Seminarda Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Akademiyasının tələbələri iştirak etdilər.
Dosent Əminə Həsənova seminar iştirakçılarını salamladı, seminarın mövzusunun aktuallığından bəhs etdi, ümummilli lideri Heydər Əliyevin gənclərə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına xüsusi önəm verdiyini, Prezident cənab İlham Əliyev tərəfindən gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlandığını, dövlət orqanlarında rəhbər vəzifələrə gənc kadrların irəli çəkilməsinə üstünlük verildiyini diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.
Seminarda təhsil hüququ haqqında təlim iştirakçılarına ətraflı məlumat verildi, təhsil hüququ məsələləri təhlil olundu, bu normalarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər də nəzərə çatdırıldı. Həmçinin təhsil hüququ ilə bağlı xarici dövlətlərin qanunvericiliklərində olan oxşar və fərqli cəhətlər də müqayisəli şəkildə təhlil olundu. Bildirildi ki, təhsil qanunvericiliyinin əsas məqsədi təhsil sahəsində vətəndaşların konstitusiya hüququnun təmin edilməsindən və qorunmasından, icra strukturlarının, təhsilalanların və təhsilverənlərin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsindən, onlar arasında münasibətlərin tənzimlənməsindən, təhsil sisteminin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatların yaradılmasından ibarətdir.
Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az