Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz UDNTU-da keçirilən “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda IV Beynəlxalq olimpiadada iştirak etdilər
Tələbələrimiz UDNTU-da keçirilən “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda IV Beynəlxalq olimpiadada iştirak etdilər
Aprelin 6-da Ufa Dövlət Neft Texniki Universitetinin Rəqəmsal Sistemlər, Avtomatika və Enerji İnstitutunun Avtomatika, telekommunikasiya və metrologiya şöbəsinin bazasında təşkil olunan “Texniki sistemlərdə avtomatlaşdırılmış idarəetmənin əsasları” mövzusunda IV Beynəlxalq olimpiada keçirildi.
Texniki sistemlərdə idarəetmənin avtomatlaşdırılmasının əsaslarına dair IV Beynəlxalq olimpiada ölçmə cihazlarının metroloji dəstəyi, avtomatik idarəetmə nəzəriyyəsi, texniki avtomatlaşdırma vasitələri (aşağı səviyyə), texniki ölçmələr və alətlər, elektronika və elektrik mühəndisliyi kimi bir neçə geniş sahəni əhatə edirdi.
Onlayn keçirilən olimpiadanın fərdi təsnifatı çərçivəsində birinci komanda Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynovun rəhbərliyi ilə Fizika və elektroenergetika fakültəsinin tələbələri: İslam Əliyev, Ceyhun Əlizadə, Telman Hacıəliyev, Sarıya Kudiyeva; professor Fazil Ələkbərlinin rəhbərliyi ilə Mühəndislik fakültəsinin tələbələri: Seymur Talıbov, Qüdrət Ağazadə, Vüsal Hacıyev, Fizika və elektroenergetika fakültəsinin magistrantı Nicat Hüseynov ikinci komandada iştirak etdilər. Qeyd edək ki, professor Fazil Ələkbərli münsiflər heyəti üzvlərindən biri seçildi.
Əlavə məlumat üçün qeyd edək ki, birinci komandanın işçi dili rus, ikinci komandanın işçi dili ingilis dili idi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az