Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun prorektoru YAP İdarə Heyətinin üzvü seçildi
SDU-nun prorektoru YAP İdarə Heyətinin üzvü seçildi
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirildi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban xanım Əliyeva qurultayın işində iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış etdi.
Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənildi.
Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edildi.
Qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir.
Qurultayda həmçinin Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edildi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda yekun nitq ilə çıxış etdi.
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşdı.
İdarə Heyətinə seçilən üzvlər arasında Sumqayıt Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, YAP Sumqayıt Şəhər Təşkilatının sədri Ramiz Hüseynov da var.
SDU-nun kollektivi prorektor, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynovu 40 nəfərdən ibarət olan İdarə Heyətinə yeni üzvü seçilməsi münasibətilə təbrik edir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az