Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Böyük Britaniyanın Azərbaycandakı təşkilatı olan British Council-un vebinarında iştirak etdilər
Əməkdaşlarımız Böyük Britaniyanın Azərbaycandakı təşkilatı olan British Council-un vebinarında iştirak etdilər
Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən təhsil və mədəniyyət təşkilatı British Council “Evdə qal” proqramının bir hissəsi kimi silsilə Ali Təhsil Dialoqları tədbirləri həyata keçirir. Sözügedən tədbirlərdən biri iyulun 15-də keçirilən 11 ci sonuncu webinardır. “Elmi izləmək COVID-19 dövründə lazımdırmı?” adı altında keçirilən onlayn vebinara Sumqayıt Dövlət Universitetinin əməkdaşları da qoşuldular. Vebinar Böyük Britaniya Səfirliyinin Azərbaycan və Regional Ali Təhsil Proqramının ölkəmiz üzrə direktoru Summer Xianın moderatorluğu ilə baş tutdu. Tədbirdə Böyük Britaniya London İmperial Collecinin nümayəndəsi və eyni zamanda Britaniya Səfirliyinin ictimai əlaqələr üzrə sözcüsü, ilk britaniyalı kosmonavt, kimyaçı Helen Sharman və Surrey Universitetinin fiziki Jim-Əl-Xəlili öz təqdimatları ilə çıxış etdilər. Çıxışlarda elm, texnologiya, mühəndislik və riyaziyyat təhsili və tədqiqatların getdikcə dünya miqyasında inkişaf etdiyi, iqtisadi rəqabət və cəmiyyətin rifahının əsası olduğu vurğulandı. Qeyd olundu ki, pandemiya dövründə üzbəüz görə bilmədiyimiz alimlər, tədqiqatçılarla məsafədən görüşə bilirik. Bu fürsətdən yararlanaraq, tədqiqatları yalnız kənardan izləməli deyil, eyni zamanda əlçatmaz olan alimlərlə məsafədən bir araya gələrək tədqiqatları davam etdirməli, innovasiyalara nail olmalı, elmi istiqamətdə qazanılan uğurları izləməliyik.
Vebinarda Sumqayıt Dövlət Universitetindən Elmi hissənin müdiri dosent Samir Orucov, Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrasının müəllimi Elnur Əhmədov, Kimya və onun tədrisi metodikası kafedrasının assistenti k.f.d. Aytən Niyazova, Qiymətləndirmə və keyfiyyətə nəzarət bölməsinin əməkdaşı Sədaqət Fətullayeva iştirak etdilər. Tədbirin gedişatı zamanı iştirakçılarımız interaktiv şəkildə təqdimatçılara suallarını və rəylərini ünvanladılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az