Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rektor magistrantların növbəti onlayn müdafiəsində iştirak etdi
Rektor magistrantların növbəti onlayn müdafiəsində iştirak etdi
Sumqayıt Dövlət Universitetində 2019–2020-ci tədris ilinin yaz semestrinin onlayn formatda keçirilən imtahan sessiyası uğurla davam edir. İmtahanların gedişi rektor professor Elxan Hüseynov tərəfindən mütəmadi izlənilir.
İyunun 24-də Sumqayıt Dövlət Universitetində elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistr dissertasiyalarının növbəti onlayn müdafiəsi keçirildi. Müdafiədə rektor professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, fakültə dekanları, kafedra müdirləri və elmi rəhbərlər iştirak etdilər.
Rektor professor Elxan Hüseynov koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətə uyğun olaraq, SDU-da onlayn formada tədrisin məsafədən təşkil edildiyini xatırlatdı və bunun üçün bütün texniki imkanların yaradıldığını bildirdi. Azərbaycan təhsilinin pandemiyanın yaratdığı sınaqlardan uğurla çıxdığını, eyni zamanda imtahan sessiyası ilə bağlı tələbələrin xeyrinə bir sıra mühüm qərarlar verildiyini vurğuladı. Bildirdi ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti, elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğı təhsil ictimaiyyətinə geniş imkanlar yaradır. Rektor onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" imzaladığı Sərəncamına əsasən doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırıldı. Bütün bunlar ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır. Rektor müdafiə edən gənclərə uğurlar arzuladı.
Sonra Fizika və elektroenergetika fakültəsinin magistrantı Raqif Əzizov “Günəş enerjisindən istifadə etməklə kiçik güclü işlədicilərin və xarici işıqlandırmanın fərdi elektrik təchizatı sistemlərinin işləməsi” adlı dissertasiya işini təqdim etdi.
Mühəndislik fakültəsinin magistrantı Dəniz Qüdrətli “Texniki sistemlərin layihələndirilməsi üçün unifikasiyalı avtomatlaşdırılmış layihələndirmə sisteminin işlənməsi” adlı buraxılış layihəsini təqdim etdi.
Müdafiə işi ilə bağlı komissiya üzvləri öz fikirlərini bildirdilər və dissertasiya işlərinin aktuallığından söz açdılar.
Rektor müdafiədən razı qaldığını bildirərək, magistratura səviyyəsini bitirən gəncləri təbrik etdi, belə yüksək biliyə sahib olan gənclərin gələcəkdə universitetimizdə ixtisaslı kadr kimi çalışmalarını arzuladı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Gənc kadrların, mütəxəssislərin tədris prosesinə cəlb olunması bu uğurların davamlı olduğunu bir daha nümayiş etdirir. Hər bir gənc gələcəyini müəyyənləşdirmək üçün müəyyən bir sahədə əmək fəaliyyətinə başlamalıdır. Amma müəllim, alim kimi şərəfli ömür hər kəsə nəsib olmur. Xoşbəxt o insandır ki, bilik və bacarığını insanların, vətəndaşların peşəkar kadr kimi formalaşmasına, inkişafına həsr edir. Müəllim, alim ömrü kimi şərəfli missiyanı yerinə yetirir, biliyini, bacarığını yetirmələrinin beyinlərinə köçürür, ardıcıllar, davamçılar yetişdirir, ölkənin, vətənin gələcək inkişafına, milli-mənəvi dəyərlərin intibahına töhfələr verir. Rektor gənclərə uğurlar, fəaliyyət sahələrində nailiyyətlər arzuladı və onları bir daha təbrik etdi.
Gənclər çıxışlarında rektor professor Elxan Hüseynova təhsil aldıqları müddətdə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər və burada əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağına əminliklərini ifadə etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az