Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ERASMUS+PETRA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində görüş keçirildi
ERASMUS+PETRA layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində görüş keçirildi
Sumqayıt Dövlət Universiteti tədrisin Avropa standartlarına uyğun qurulması və təkmilləşdirilməsi məqsədilə 2017-ci ildə təqdim edilmiş layihə əsasında Avropa İttifaqının ERASMUS+ proqramının PETRA layihəsinə qoşulmuşdur. Universitet əməkdaşları Macarıstanın Debrecen, Türkiyənin Ankara Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Finlandiyanın Yuvaskülə, İspaniyanın Valensiya Politexnik Universitetlərində təcrübə kurslarında olaraq, qazandıqları təcrübə əsasında universitetdə müəllim və tələbələr üçün seminar-treninqlər keçiriblər.
Layihənin növbəti mərhələsində Naxçıvan Dövlət Universitetində Təlim-Tədris Mərkəzi və Elektron laboratoriya istifadəyə verilib. Mərkəzin açılışında çıxış edən universitetin rektoru dosent Elbrus İsayev qonaqları salamladı, onları universitetdə görməkdən məmnunluğunu bildirdi. Rektor bildirdi ki, layihənin məqsədi tədris və təlimə üstünlük verməkdir. Müəllimlərin pedaqoji və texnoloji ehtiyaclarının qarşılanması, tədris və təlim prosesinin inkişaf etdirilməsi üçün potensialın gücləndirilməsi, tədqiqatların təşviq edilməsi, innovativ texnologiyaların tətbiqi yolunda keyfiyyətli tədrisin təkmilləşdirilməsi layihənin xüsusi məqsədləri sırasındadır. Rektor mərkəzin fəaliyyətində perspektivləri dəyərləndirərək, gələcək fəaliyyət istiqamətində mövcud təkliflərin də nəzərə alınacağını vurğuladı.
Görüşdə İspaniyanın Valensiya Politexnik Universitetindən Javier Orozco mərkəzin açılmasından məmnunluğunu ifadə etdi. ERASMUS+ layihəsinin Azərbaycan nümayəndəliyinin direktoru Pərviz Bağırov bildirdi ki, layihə çərçivəsində yaradılmış Təlim–Tədris Mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində baş tutan açılışda İspaniyanın Valensiya Politexnik Universitetindən Elena de la Poza, Azərbaycan ali təhsil müəssisələrindən Sumqayıt Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Beynəlxalq əməkdaşlıq və xarici tələbələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova və Azərbaycan Universitetinin, Xəzər Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dillər Universitetinin, Gəncə Dövlət Universitetinin də nümayəndə heyəti iştirak etdilər.
Sonra qonaqlara universitetin maddi-texniki bazası, mövcud imkanları barədə məlumat verildi. Qonaqlar ali təhsil ocağının fakültələrini gəzdi, İKT, Media, Distant Təlim, Karyera Mərkəzlərində oldular. Həmçinin Muxtar Respublikanın turizm potensiallı yerlərini: Duzdağ Fizioterapiya Mərkəzini, Xan sarayını, Açıq səma altında muzeyi, Naxçıvan Biznes Mərkəzini, Möminə xatun türbəsini, Əshabi-Kəhf dini ziyarətgahını da ziyarət etdilər.
3 gün davam edən tədbirin sonunda layihənin əməkdaşlarına universitetin sertifikatı təqdim olundu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az