Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tarixçi alimimiz Türkiyənin Aydın Adnan Menderes Univesitetində Türk xalqları tarixindən Azərbaycan tarixi konteksində mühazirələr oxudu
Tarixçi alimimiz Türkiyənin Aydın Adnan Menderes Univesitetində Türk xalqları tarixindən Azərbaycan tarixi konteksində mühazirələr oxudu
 Bu gün adı bir çox tanınmış universitetlərlə eyni sırada səslənən Sumqayıt Dövlət Universitetinin beynəlxalq əməkdaşlıq sahəsində kifayət qədər təcrübəsi var. Bu təcrübə universitetimizin həm beynəlxalq, həm də yerli imicinin daha mükəmməl dəyişiminə xidmət edir. Beynəlxalq əlaqələr sayəsində onlarla layihələr reallaşmış, professor-müəllim heyəti beynəlxalq mübadilə proqramlarında fəal iştirak edirlər. Sumqayıt Dövlət Universiteti beynəlxalq proqramlar çərçivəsində qardaş Türkiyə universitetləri ilə 2015-ci ildən əməkdaşlıq edərək, beynəxalq əlaqələrini uğurla davam etdirir. Belə proqramlardan biri “Mövlanə” Mübadilə proqramıdır. Bu illər ərzində universitetimizdən Türkiyə universitetlərinə bir çox müəllim dəvət almış və proqram tələblərini uğurla yerinə yetirmişlər. Bu təcrübənin davamı olaraq, 2019-2020-ci tədris ili üçün SDU-nun 4 müəllimi TC YÖK tərəfindən Aydın Adnan Menderes Universitetinə seçilmiş və 2 həftəlik mübadilədə iştirak etmək hüququ qazanmışlar: Tarix və coğrafiya fakültəsi Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Xasayev, İqtisadiyyat və idarəetmə fakültəsi İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyeva, həmin fakültənin Maliyyə və mühasibatlıq uçotu kafedrasının asistenti Dilarə Əmiraslanova və Filologiya fakültəsi Psixologiya və pedaqogika kafedrasının müəllimi Südabə Məmmədova.
Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Neyman Xasayev oktyabrın 10-dan 24-dək Türkiyə Cümhuriyyətinin Aydın Adnan Menderes Univesitetinə “Mövlanə” mübadilə proqramı üzrə 2019-2020 -ci tədris ilində ezam olunaraq, Fənn Ədəbiyyat fakültəsinin Tarix ixtisasında keçirilən dərslərin passiv və fəal qaydada iştirakçısı olmuşdur. Türkiyə Cumhiyyəti YÖK-in təsdiq etdiyi plan üzrə Türk xalqlarının tarixi fənnindən “Böyük Hun (Şərqi) İmperatorluğu”, “Qərbi Hun İmperatorluğu”, “Ağ Hun dövləti”, “Göytürklər və Göytürk imperatorluqları”, “Qədim və ilk orta çağlarda türk xalqlarının mədəniyyəti”, “Çingiz xan imperatorluğu”, “Altun Ordu Dövləti”, “Hülakülər dövləti” mövzularında çıxışı Azərbaycan tarixi ilə bağlı olmuşdur. Tarixçi alimimiz Azərbaycan tarixi ilə bağlı verilən sualları ətraflı cavablandırmış və universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Dosent Neyman Xasayev “Mövlanə” Mübadilə proqramında iştirakına görə SDU-nun rektoru professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az