Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Nümayəndələrimiz ERASMUS + EQAC layihəsinin təlimində iştirak etdilər
Nümayəndələrimiz ERASMUS + EQAC layihəsinin təlimində iştirak etdilər
Oktyabrın 7-dən 8-dək Bakı Biznes Universitetində Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS + EQAC (Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi) layihəsi çərçivəsində təlimlər keçirildi. Təlimin məqsədi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə 10 standartdan 6-nı QPR (keyfiyyət prosesi) sisteminə tətbiq edilməsi, eləcə də, menecerlərin görüşünün təşkil edilməsi, ERASMUS+2020 çağırışı üçün hazırlanacaq birgə layihələrin müzakirəsi idi. Təlim İsveçin Kral Texnologiya İnstitutunun dosenti Lenart Stahle, İspaniyanın Alikante Universitetinin dosenti Denise Galvin, İngiltərənin Middlesax Universitetinin dosenti Corc Dafoulas, Litvanın SMK Universitetinin dosenti İnga Petreikeine tərəfindən aparıldı.
Təlimin ilk günündə əsas mövzular QMS (Quality Management System-Keyfiyyətin İdarə edilməsi Sistemi) modelinin qiymətləndirilməsində əsas obyekt kimi universitetlərin QMS modeli, universitetlərin daxili keyfiyyət təminatı sisteminin müzakirəsi olmuşdur. Standartların hazırlanmasında qrup rəhbərləri ilə birgə iş əsas yer tuturdu.
Sessiya təlimin ikinci günündə standart qaydalarının hazırlanması ilə başladı. Qruplar hər standart üçün qaydalar hazırladılar, həyata keçiriləcək fəaliyyət haqqında müzakirələr apardılar. Standartların qiymətləndirilməsi və monitorinqi prosesində QA (Quality Assuarance-Keyfiyyət təminatı) üçün monitorinq standartının müəyyənləşdirilməsi barədə danışıldı.
Təlimdə BBU-nun rektoru professor İbad Abbasov, Azərbaycan Respublikası Təhsil Nazirliyindən Akkreditasiya şöbəsinin böyük mütəxəssisi Lalə Abasova, ERASMUS Milli Nümayəndəliyindən Pərviz Bağırov, Zəfər Həsənov Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri təmsil olundu.
İngiltərədən dosent Corc Dafoulas aşağıdakı istiqamətlərdə ERASMUS+ layihəsi hazırlamağı və tərəfdaş olmağı təklif etdi: karyera, elektron öyrənmə, sahibkarlıq və innovasiya, inqubasiya, sosial inklüzivlik.
Məlumat üçün keyfiyyət təminatı üzrə 10 standartı nəzərinizə çatdırırıq.
1.Keyfiyyət təminatı sistemi;
2.Proqramların tərtib olunması;
3.Tələbəyönümlü təhsil, tədris və qiymətləndirmə;
4.Tələbələrin qəbulu;
5.Müəllim heyəti;
6.Təhsil resursları və tələbələrə dəstək;
7. Məlumatın idarə olunması;
8.İctimaiyyət üçün informasiya;
9.Proqramların daimi monitorinqi;
10.Dövri olaraq xarici keyfiyyət təminatı.
Təlimdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, SDU tərəfdən layihənin meneceri t.f.d. Samirə Məmmədova, layihə çərçivəsində yaradılan Keyfiyyət Təminatı Mərkəzinin müdiri Nihad Hüseynov iştirak etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az