Əsas səhifə | Xəbərlər | “Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
“Odlar Yurdu Azərbaycana səyahət” adlı yay məktəbinin iştirakçıları xoş təəssüratlarını bölüşdülər
Dağıstan Dövlət Universitetinin rəhbəri Qızxanım Şəmsiyeva: “Hörmətli Sumqayıt Dövlət Universitetindəki həmkarlarımız, Hörmətli “Odlar yurdu Azərbaycana səyahət” Tələbə yay məktəbinin təşkilatçıları, bizim universitetlərimiz, xalqlarımız, dövlətlərimiz arasında mehriban tərəfdaşlıq, qonşuluq əlaqələrini inkişaf etdirməyə səy göstərdiyiniz üçün dərin minnətdarlığımı bildirirəm.
Mən və dağıstanlı tələbələr hesab edirik ki, bu tədbirin iştirakçısı olmaqda bəxt üzümüzə gülüb, çünki dəvəti qəbul edən hər bir qonağa, hər bir Yay məktəbinin iştirakçısına göstərilən səmimi qonaqpərvərlik atmosferinə düşmək, əsl ünsiyət sevinci yaşamaq xoşbəxtliyi məhz bizə nəsib oldu.Sizinlə keçirilən hər gün Azərbaycan xalqının dostluğu, qonaqpərvərliyi, səmimiliyi, mehribanlığı, açıqürəkliliyi və gözəlliyi ilə dolu günlər kimi həmişəlik bizim yaddaşımızda qalacaq”.Proqram haqqında ayrıca danışmaq istəyirəm. Hər gün tarixi, görməli yerlərə maraqlı ekskursiyalarla və görüşlərlə zəngin idi. Bu qəzintilər nəticəsində biz çoxlu maraqlı və faydalı məlumatlar əldə etdik.
Arzu edirik ki, belə görüşlər xoş ənənəyə çevrilsin!”
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az