Əsas səhifə | Xəbərlər | Alimlərimiz İstanbul şəhərində Beynəlxalq TURKCESS təhsil və Sosial elmlər konfransında iştirak etdilər
Alimlərimiz İstanbul şəhərində Beynəlxalq TURKCESS təhsil və Sosial elmlər konfransında iştirak etdilər
Təhsil sahəsində beynəlxalq əlaqələr ölkəmizin milli maraqlarına və mənafeyinə müvafiq olaraq qurulub. Beynəlxalq əlaqələr inkişaf və rəqabət üçün əlverişli imkanlar yaratmaqla yanaşı, son nəticədə təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi vasitəsilə ölkənin tərəqqisinə gətirib çıxarır.
27-29 iyun 2019–cu il tarixlərində Yıldız Texnik Universitetinin ev sahibliyi ilə Türkiyə Respublikasının İstanbul şəhərində Beynəlxalq TURKCESS təhsil və Sosial elmlər konfransı keçirildi.
Konfrans Turkcess 2019 təhsil sahəsindəki nəzəriyyə və təcrübələrin inkişafına həsr edilmişdir, alimlərlə müxtəlif təhsil sahələrində fəaliyyət göstərən mütəxəsislər arasında mükəmməl iş birliyini təşviq edir.
24 ölkədən 900 professor, müəllim və tədqiqatçının iştirak etdiyi konfransda ölkəmizdən Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Azərbaycan Universiteti,Təhsil Problemləri İnistitutu, Xəzər Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı İdarəetmə Akademiyası, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasından onlarla alim iştirak etdi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetini İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva , İqtisadiyyat kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Səadet Hümbətəliyeva, Pedaqogika və psixologiya kafedrasının dosenti Kəmalə Salamova təmsil etdilər. Dosent Aynurə Yahyayeva “Sosial investisiyalar və onların səmərəliliyinin qiymətləndirilməsi”, iqtisad üzrə fəlsəfə doktoru Səadət Hümbətəliyeva “Azərbaycanda təhsilin inkişafının keyfiyyətinin qiymətləndirilməsi”, dosent Kəmalə Salamova “Milli mənəvi dəyərlərdən uzaqlaşmanın tələbələrin təhsil səviyyəsinə təsiri” və “Cinsi deferensiasiyanın gənclərin şəxsiyyət keyfiyyətlərinə təsiri” mövzusunda təqdimatla çıxış edərək konfrans iştirakçılarının suallarını ətraflı cavablandırdılar. Əməkdaşlarımız məqalə və çıxışlarına görə sertifikata layiq görüldülər.
Səfər zamanı dosent Aynurə Yəhyayeva və iqtisad üzrə fəlsəfə doktoru Səadet Hümbətəliyeva Yıldız Texnik Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsində olmuş, fakültə dekanı professor Kenan Aydın və İqtisad bölümündən professor Meral Uzunözlə görüşmüşlər. Səmimi keçən görüşdə həm universitetlərarası, həm də fakültələrarası əməkdaşlığın genişləndirlməsi, birgə konfransların keçirilməsi, müəllim-tələbə mübadiləsi və s. beynəlxalq təhsil əməkdaşlığına dair protokol bağlanmasının şərtləri müzakirə edilmişdir.
Bununla yanaşı, əməkdaşlarımız konfransda iştirak edən digər ölkələrin universitetlərinin təmsilçiləri ilə görüşmüş, universitetimiz haqqında məlumat vermişlər. Şimali Makedonya Beynəlxalq Vizyon Üniversitetinin əməkdaşları Sumqayıt Dövlət Universitetinə xüsusi maraq göstərdiklərini vurğulamışlar.
Konfransın təşkilat komitəsinin sədri professor Dr.M.Engin Deniz SDU-nun əməkdaşlarının konfransda iştiraklarına yaratdığı şəraitə görə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az