Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizdə alman dili fənni üzrə açıq dərs keçirildi
Universitetimizdə alman dili fənni üzrə açıq dərs keçirildi
Sumqayıt Dövlət Universiteti beynəlxalq əməkdaşlığını genişləndirməyi, bu əməkdaşlıq sayəsində əldə olunmuş uğurlu nəticələrdən faydalanmağı, universitetlərin  daxili və xarici reytinq cədvəllərində öncül yerləri qazanmağı qarşısına prioritet olaraq qoymuşdur. Bütün bunların təməlində də keyfiyyətli tədris amili dayanır. Son zamanlar  universitetdə açıq dərslərin təşkili bir ənənə olub. Bunlardan biri də aprelin 21-də SDU-nun Tarix və coğrafiya fakültəsinin 871- ci qrupunda  alman dili fənni üzrə Xarici dillər kafedrasının baş müəllimi Təranə Cabbarovanın təşkil etdiyi açıq dərsdir. Məlumat üçün bildirək ki, Təranə Cabbarova Almaniya, Avstriya və Gürcüstan universitetlərində təlimlərdə iştirak etmiş və burada əldə etdiyi bilik və təcrübəni apardığı dərslərdə tətbiq etməkdədir. 
Vyana Universitetinin müəllimi Sandra Braunun da iştirakı ilə keçirilən açıq dərs  qonağın  marağına səbəb oldu.  Qeyd edək ki, Sandra xanım hal-hazırda Azərbaycan Dillər Universitetinin müəllimi kimi çalışmaqla yanaşı, eyni zamanda, Bakı-Avstriya kitabxanasında danışıq saatı kurslarını da aparır.
Dərs Avstriya səfirliyinin universitetimizə alman dili  tədrisinin təkmilləşdirilməsi məqsədilə hədiyyə etdiyi alman dili, ədəbiyyatı və ölkəşünaslığına dair kitablardan istifadə edilməklə aparıldı. Açıq dərsin mühüm xüsusiyyəti  müasir təlim metodlarından  olan mimiostudiya- ağılllı lövhə vasitəsilə Avstriya tarixinə həsr olunmuş “Moos-auf den Steinen” adlı filmin tələbələrə nümayiş etdirilməsi oldu. Filmin nümayişi zamanı tələbələrin söz ehtiyatı yeniləndi və alman dili bilikləri inkişaf etdirildi. 
Sonra tələbələr qonağa onları maraqlandıran  alman dilinin qrammmatikası, yeni sözlər, Avstriyada ali təhsilin şərtləri ilə bağlı suallarla müraciət etdilər. Aldığı xoş təssüratlardan məmnun qalan Sandra Braun universitetin rəhbərliyinə, müəllimə Təranə Cabbarovaya və tələbələrə dərsdə göstərdikləri fəallığa və alman dilinə olan maraqlarına görə təşəkkür etdi. Bildirdi ki, o, bir müəllimə kimi hər zaman SDU-ya gəlmək və burada tələbələrlə ünsiyyət yaratmaq və onların alman dili biliklərinin inkişafında öz köməyini göstərməyə hazırdır.
Sonda qeyd edək ki, açıq dərsdə universitetimizin Xarici dillər kafedrasının müdiri, dos. Nigar İsgəndərova, burada İngilis dili  müəllimlərinin  köməkçisi kimi fəaliyyət göstərən Dana Donohyu və kafedranın əməkdaşları iştirak etdilər.
                                                                                                                                                                                                                                                                                                 Mətbuat Xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az