Əsas səhifə | Xəbərlər | Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş kimya və biologiya üzrə fənn olimpiadası keçirildi
Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş kimya və biologiya üzrə fənn olimpiadası keçirildi
Mayın 11-də Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş “Bu günün şagirdi, sabahın alimidir” devizi altında Sumqayıt məktəblilərinin IX-XI sinif şagirdləri arasında kimya və biologiya üzrə fənn olimpiadası keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamında “2015–2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası”nda yeniyetmələrdə erkən yaşlarında elmə maraq yaradılması və bu məqsədlə müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu tədbirlərdən biri də fənn olimpiadalarının təşkilidir. Fənn olimpiadalarının keçirilməsi artıq universitetimizdə ənənə halını alıb. Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin kimya və biologiya fənninə marağını artırmaq, həmçinin yuxarı sinif şagirdlərinin gələcəkdə ixtisas seçiminə köməklik göstərməkdir.
Qeyd edək ki, olimpiadada kimya fənnindən IX sinif üzrə 36 şagird, X sinif üzrə 40 şagird, XI sinif üzrə 15 şagird, biologiya fənnindən IX sinif üzrə 43 şagird, X sinif üzrə 25 şagird, XI sinif üzrə 5 şagird, rus bölməsindən kimya üzrə IX-XI sinflər üzrə 8 şagird, biologiya üzrə 14 şagird iştirak etdilər.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az