Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təlim öz işini uğurla başa çatdırdı
“Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində təlim öz işini uğurla başa çatdırdı
Aprelin 1-dən 18-dək Sumqayıt Dövlət Universitetində Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində müəllimlər üçün təlimlər keçirildi.
Təlimlərin keçirilməsində məqsəd inklüziv təhsil üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək verməkdir. Təlimləri Bakı şəhərində beynəlxalq ekspertlər tərəfindən keçirilən İnklüziv Təhsil üzrə təlimçilərin təlimində iştirak etmiş universitetin Pedaqogika və psixologiya kafedrasının müəllimləri tərəfindən aparıldı. Üç həftə davam edən təlimdə universitetin bütün fakültələrindən 90 nəfər müəllim iştirak etdi. İştirakçılar inklüziv mühitdə təlimin təşkili üçün beynəlxalq təcrübəyə əsaslanan biliklərə yiyələndilər.Təlimin sonunda hər bir iştirakçıya sertifikat verildi.
Rektor professor Elxan Hüseynov təlimin gedişatını yaxından izlədi. Universitetdə inklüziv təhsil mühitinin yaradıldığını, Əlilliyi olan tələbələr üçün mərkəz təşkil edildiyini və bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, universitetin inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var. Sumqayıt Dövlət Universiteti belə layihəyələrə daima dəstək verir.
Pedaqogika və psixologiya kafedrasının müdiri dosent Aytəkin Məmmədova təlimlərin əhəmiyyətindən bəhs edərək bildirdi ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji heyətin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər inklüziv təhsili tətbiq etmək bacarığına malik olan yeni nəsil müəllimlərin formalaşmasına şərait yaradacaq.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az