Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Biologiya səhnəcikləri: ciddi və zarafatyana” adlı tədbir keçirildi
SDU-da “Biologiya səhnəcikləri: ciddi və zarafatyana” adlı tədbir keçirildi
Aprelin 16-da Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş Kimya və biologiya fakültəsinin Biologiya və onun tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Biologiya səhnəcikləri: ciddi və zarafatyana” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor Ramazan Məmmədov Sumqayıt şəhərinin inkişafından, aparılan quruculuq, abadlıq işlərindən söhbət açdı. Bildirdi ki, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar olaraq, universitetimizdə silsilə tədbirlər keçirilir. Son illərdə şəhərimizin inkişafı təmin olunub, siması gözəlləşib və modernləşib, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib. Uğurla həyata keçirilən inkişaf strategiyasının nəticəsi olaraq, Sumqayıt nəinki respublikamızın, Avropanın və dünaynın gözəl diyarlarından birinə çevrilib.
“Biologiya gecəsi” ümumilikdə fənn gecələrinin keçirilməsinin tələbələrdə təhsilə, fənlərə marağın artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edən prorektor Ramazan Məmmədov tədbirin əhəmiyyəti haqqında fikirlərini bölüşdü. Bildirdi ki, insan təbiətin bir hissəsi olub, onunla sıx bağlı olduğu üçün təbiət elmlərinə diqqətin daha da gücləndirilməsi vacib məsələlərdən biri kimi önə çəkilir.
“Biologiya gecəsi”nin keçirilməsində məqsəd tələbələrin bu fənnə marağını artırmaq, onlara təbiəti, heyvanları, ümumilikdə canlı aləmi qorumaq hisslərini aşılamaq və qrup şəklində işləmək vərdişlərini təkmilləşdirməkdir. Prorektor xüsusilə onu da diqqətə çatdırdı ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə təbiətin mühafizəsi, bərpası və zənginləşdirilməsinə qayğı ilə yanaşıb. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan uğurlu layihələr olduqca əhəmiyyətlidir.
Tələbələr Sumqayıtın 70 il ərzində əldə etdiyi yeniliklər barədə məlumat verdilər və şəhərə həsr olunmuş şeirlər səsləndirdilər. İlk səhnəcik “Viktorina”, “Tapmaca, mahnı”, “Tapın görək” və “Bilirsinizmi?” adlı 4 müsabiqədən ibarətdir. 3 komanda: “Qan”, “DNT”, “Hüceyrə” qalib gəlmək üçün yarışdılar. “Sərxoş” adlı səhnəcikdə içki düşgünü olan şəxsin iflas edən orqanlarının söhbətindən , “Elm və innovasiya” adlı səhnəcikdə kafedrada aparılan elmi-tədqiqat işlərindən bəhs edildi. “Bazar” səhnəciyində isə geni dəyişdirilmiş meyvə və tərəvəzlərin insan sağlamlığına ziyanı tələbələrin canlandırdığı obrazlarla göstərildi. “Parodiya” adlı səhnəcikdə tələbələr müəllimlərinin dərs prosesində ən cox işlətdiyi sözlər və jestləri təqlid etdilər. “Məzunlarımız” adlı səhnəcikdə illər əvvəl məzun olan və hazırda təhsillərində, karyeralarında uğur qazanan tələbələrin video çarxı nümayiş olundu. Səhnəciklər arasında tələbələrin ifa etdikləri “Meyvələr” və “Biz mehriban ailəyik” adlı mahnılar, gitara ilə müşayiət olunan popurri tədbir iştirakçıların marağına səbəb oldu.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az