Əsas səhifə | Xəbərlər | Universitetdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
Universitetdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi
Aprelin 11-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “İnsan alverinə qarşı mübarizə üzrə ” Milli Fəaliyyət Planının icrası ilə əlaqədar maarifləndirici tədbir keçirildi.
Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov qonaqları salamlayaraq ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışdı. Bildirdi ki, tədbirin keçirilməsində məqsəd bu sahədə gənclərin məlumatlılığını artırmaq, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etməkdir. Prorektor Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildiyini də diqqətə çatdırdı, gənclərimizi hər zaman ayıq-sayıq olmağa, istismara məruz qalmamağa, bu təhlükədən uzaq olmağa çağırdı.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Söhrab Orucov çıxış edərək insan alverinin bəşəriyyətin qlobal problemlərindən biri olduğunu bildirərək dövlətimizin insan alverinə qarşı apardığı mübarizə tədbirləri və bu sahədə mövcud qanunvericiliklərlə bağlı zəruri məlumatlar verdi. Qeyd etdi ki, ölkəmiz insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edib. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib və bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bu cinayət növünə qarşı aparılan qətiyyətli mübarizə öz nəticələrini verməkdədir. Daha effektiv nəticələrin əldə olunması üçün vətəndaşların insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalı olduqlarını diqqətə çatdırdı.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva çıxış edərək bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri barədə, insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verdi.
Sonra Daxili İşlər Nazirliyinin sifarişi ilə çəkilən “Satılmış həyat” filmi nümayiş olunudu, mövzu ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarına bukletlər paylanıldı.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az