Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları və tələbələr “Quba Soyqırımı Memorial Kompleks”ini ziyarət etdilər
Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları və tələbələr “Quba Soyqırımı Memorial Kompleks”ini ziyarət etdilər
Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları tələbələri ilə birgə XIX əsrdə Azərbaycanın tarixi torpaqlarında məskunlaşdırılmış ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərindən birinin tarixi şahidi olan Quba şəhərində ”Soyqırımı Memorial Kompleksi”ni ziyarət etdilər. Tələbələr Qubada ermənilər tərəfindən qəddarcasına törədilmiş qanlı cinayətin izləri ilə əyani şəkildə tanış oldular.
“Quba Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə xanım Bayramova və bələdçi Ülkər xanım Zeynalova universitetimizin müəllim və tələbə heyətini qarşıladı, Qubada qəddarcasına törədilmiş soyqırımı haqqında Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları və tələbələr ilə ətraflı fikir mübadiləsi apardılar.
 
Mətbuat xidməti
  
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az