Əsas səhifə | Xəbərlər | Rektor imtahanların gedişatını izlədi
Rektor imtahanların gedişatını izlədi
Yanvarın 25-də universitetin rektoru professor Elxan Hüseynov payız imtahan sessiyasını izlədi, tələbələrin problemləri ilə maraqlandı.
Rektor professor Elxan Hüseynov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Humanitar məsələlər üzrə prorektor dosent Ramiz Hüseynov, Qiyabi, distant və əlavə təhsil üzrə prorektor dosent Qafar Atayev, İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev, Tədris Metodik Mərkəzin direktoru dosent İsabal Qurbanov və fakültə dekanları imtahanların gedişatını izlədilər.
Rektor imtahan prosesinin gedişi ilə əlaqədar tələbələrin fikirlərini və onları maraqlandıran sualları dinlədi, sessiya ərzində tələbələrin biliklərinin əsas göstəricisi olan imtahanların şəffaf və obyektiv aparılması üçün Qərargah, Qaynar xətt, eləcə də imtahanlarla bağlı hər hansı narazılığı araşdırmaq üçün apelyasiya komissiyasının fəaliyyət göstərdiyini bildirdi. Diqqətə çatdırdı ki, qərargaha daxil olan hər bir şikayət operativ araşdırılır, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ şəkildə aradan qaldırılır. Qeyd etdi ki, imtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlama qərargahında kodlaşdırılaraq müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə onlardan apelyasiya komissiyasının üzvlərinin və fakültə dekanlarının iştirakı ilə şifahi imtahan götürülür, cavab qaneedici olduqda qiymətləri artırılır. Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şəraitin olduğunu vurğuladılar. Qeyd etdilər ki, sualların hamısı keçdikləri mövzuları əhatə edir və yaradılan obyektiv şəraitə görə universitetin rəhbərliyinə təşəkkürlərini bildirdilər.
Sonra rektor Tədris Metodik Mərkəzdə, auditoriyalarda, yazı işlərinin kodlaşdırılması otağında oldu. İmtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, imtahanın nəticələrinin müəllimlər tərəfindən yoxlanılması prosesini də izlədi
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az