Əsas səhifə | Xəbərlər | “İdeya var!” gənclərin ikinci Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində tələbələrimiz sertifikata layiq görüldülər
“İdeya var!” gənclərin ikinci Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsində tələbələrimiz sertifikata layiq görüldülər
Dekabrın 25-də Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyi tərəfindən “İdeya var!” gənclərin ikinci Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçirildi.
Müsabiqədə 14-29 yaşlı Azərbaycan vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak etdilər.
“Texniki innovasiyalar”, “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar”, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri” və “Sosial sahə və təhsil” nominasiyaları üzrə müsabiqəyə müxtəlif ali təhsil ocaqları, gənc alimlər tərəfindən 187 layihə təqdim olunub. Bu layihələrin arasından seçilmiş 25 ən yaxşı “İdeya var!” layihəsi gənclərin ikinci Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində sərgiləndi.
Qeyd edək ki, 25 ən yaxşı layihə arasında 7 layihə Sumqayıt Dövlət Universitetinin tələbələrinə məxsus idi. Tələbələrimiz sertifikata layiq görüldülər.
Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov, təhsil, elm müəssisələrinin rəsmiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak etdilər.
Sərgi çərçivəsində müxtəlif elmi şoular, eksponatlar nümayiş etdirildi, elmi viktorinalar keçirildi.
 
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az